Rusiya prezidenti Vladimir Putin şəhər, şəhərətrafı və şəhərlərarası nəqliyyatda

qiymət artımının qarşısının alınması məsələsi barədə göstəriş verib. Müvafiq bənd bazar ertəsi Kremlin saytında dərc olunan təlimatlar siyahısında yer alıb.

Qeyd edilib ki, bu məsələ ilə əlaqədar iyulun 15-dək məruzə edilməlidir.

Putin Nazirlər Kabinetinə şəhər avtobuslarının taxoqraflarla məcburi təchiz edilməsi tələbinin qüvvəyə minməsinin təxirə salınmasını nəzərdən keçirməyi tapşırıb.

“Şəhərdaxili, şəhərətrafı və şəhərlərarası nəqliyyatda müntəzəm sərnişin və baqaj daşınmasını həyata keçirən M2 və M3”, - sənəddə deyilir.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin 2024-cü il martın 1-dək şəhər avtobuslarının taxoqrafla təchiz edilməsi ilə bağlı məcburi tələbin dayandırılması haqqında fərman imzalayıb. Nazirlər Kabinetinin müraciətində qeyd olunub ki, bu yolla daşıyıcılar avtonəqliyyat vasitələrinin təmiri və texniki xidməti üçün taxoqrafların alınmasına ayrılan vəsaiti yenidən bölüşdürə biləcəklər.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN