“Qonşu ölkələrin təcrübəsinə baxanda görmək olur ki, rəqəmsal bankçılıq qatarında indiki Mərkəzi Bank rəhbərliyi yoxdur”.

Ötən gün Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib və hər iki təqdimata müsbət rəy verilib.

 Bəs Mərkəzi Bankın Elman Rüstəmov dövrünü necə xatırlayacağıq?

Həmin dövrü Multimedia Mərkəzinin Prezidenti, tanınmış ekspert Osman Gündüz belə xarakterizə edib:

“Bank sektorunda rəqəmsal transformasiya sahəsində problemlərlə bağlı bir daha aşağıdakıları xatırlatmaq istərdim.

Mərkəzi bank daim maliyyə-bank sektorundakı konservativ mühitin saxlanmasında , özünün üstün mövqeyinin qorunmasında maraqlı olub. Yalnız ASAN bir neçə rəqəmsal həll yaratmqla bu sektorda müəyyən liberallaşma yaratmışdı

Uzun illər, təxminən 10 il MB "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” Qanun layihəsini hazırlayıb ortaya çıxara bilmədi . Hər il keçirilən Bankçılıq forumunda bununla bağlı mənasız vədlər verilib. Kriptovalyutaların tənzimlənməsi, rəqəmsal manatla bağlı hər hansı konkret bir addım atılmadı”, - deyə qeyd edib.  

Osman Gündüzün sözlərinə görə, açıqlamalarında " bu qatarın önündə durmaqdansa ona minmək lazımdır" deyə bildirmişdilər: “Qonşu ölkələrin təcrübəsinə baxanda görmək olur ki, rəqəmsal bankçılıq qatarında indiki Mərkəzi Bank rəhbərliyi yoxdur. Rəqəmsal bankçılıqda uzun illər davam edən problemlərin çox hissəsi həll edilməyib. Açıq bankçılığa, APİ üzərindən bank servislərinin tətbiqinə uzun illərdi ki, imkan verilməyib. Son illərdə isə yalnız Elman Rüstəmova məxsusluğu bildirilən “Bank Respublika”ya bu istiqamətdə hansısa bir addımlar atmağa icazə verilib. Mərkəzi Bank uzun illərdi ki, PayPal, Revolute, Strike kimi qlobal ödəniş sisteminin tam funksionallığı ilə ölkəmizdə fəaliyyətə başlamasında maraqlı olmayıb və buna ciddi səy göstərilməyib.  Ölkəmizdə xaricdən ödənişlərin əldə olunmasında ciddi problemlər qalır. YouTube və digər sosial media platformalarında pul qazananlar vəsaiti əldə etməkdə zülüm çəkirlər. Google AdSens ilə bağlı problemlər öz həllini tapmayıb. Bəzi hallarda bu tip vəsaitlər ümumiyyətlə qəbul edilmir və geri qaytarılır.

Nəqdləşməyə tətbiq edilən 1% məsələsi də əlavə məhdudiyyətlər yaradır, rəqəmsallaşmaya mane olur və sair”, - deyə Osman Gündüz vurğulayıb.

Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatlarına müsbət rəy verilib və  Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirə üçün tövsiyə edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN