ÇİN TİCARƏT NAZİRLİYİ MƏLUMAT YAYDI

Rusiya Ukrayna arasında müharibə başlanan andan dünyanın bir çox ölkələri Rusiyaya qarşı öz etirazlarını müxtəlif şəkildə bildirdilər. Məşhur xarici şirkətlər Rusiyada olan nümayəndəliklərini, filiallarını bağladılar.  Bununla da ölkəə iqtisadiyyatına ciddi zərbə dəydi. Yüz minlərlə vətəndaş işsiz qaldı. Məhz bu səbəbdən vətəndaşlar bu müharibəni pisləməklə müharibənin tezliklə sona çatmasını prezidentdən tələb edirlər. 

Nəzərə alaq ki, bu gün Ukraynanın yanında olan dövlətlərlə yanaşı Rusiyanın da yanında olan bəzi dövlətlər var. Verilən xəbərə görə Pekin Rusiyaya qarşı sanksiyalar fonunda Çin şirkətlərinə təzyiqlərə cavab verəcək. Çin Ticarət Nazirliyi bu haqda bildirib. Beləki, Qərb tərəfdaşları "tərəf seçməyi" tələb edirlər.  Çin Qərb tərəfdaşlarının "tərəfləri seçmək" tələblərinə cavab verəcəyini vəd edir  Çin hakimiyyəti anti-Rusiya sanksiyaları fonunda Qərbin “tərəf seçməyi” tələb etdiyi Çin şirkətlərinə artan təzyiqlər səbəbindən tədbirlər görmək niyyətindədir. Bu barədə Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Şu Juetin məlumat verib. "Bəzi ölkələr Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edərək, Çin-Rusiya ticarət-iqtisadi əməkdaşlığına maneələr yaradıb. Bəzi xarici şirkətlər bazarın qarşılıqlı əlaqəsinin normal prinsiplərini pozur və Çin müəssisələrinə təzyiq göstərir, onlardan "məsləhətləşməni" tələb edirlər. 

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN