İki gün ərzində 3 tondan artıq müxtəlif növ ərzaq məhsulları və baytarlıq preparatları istifadə müddəti bitdiyi üçün zibilxanaya göndərili...

Bu məhsullar - preparatlar, görəsən niyə vaxtında satıla bilmir və yaxud alıcıların ehtiyacı yoxdursa, niyə bir çoxu ölkəyə idxal edilir?

Ötən gün “Merano-Baku” MMC-nin AQTQ-ya müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 1410 kq müxtəlif növ qida məhsulları (dəniz məhsulları və dondurulmuş tərəvəzlər) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu gün isə  “Farmvet” MMC-nin Agentliyə müraciəti əsasında, istifadə müddəti bitmiş, ümumi çəkisi 2604 kq, 8 adda baytarlıq preparatı “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bəli, AQTA-nın əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirməsi, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində fəaliyyət göstərməsi təqdirəlayiqdir.

Lakin maraqlısı budur ki, ton yarımadək çəkisi olan qida məhsuluna Azərbaycan əhalisinin ehtiyacı olmayıb, yoxsa baha olduğu üçün alıcılar yaxın durmayıb?. Lap elə baytarlıq preparatları da... Nəyə görə “Farmvet” MMC ümumi çəkisi 2  ton yarımdan çox olan bu preparatları istifadə müddəti bitmədən, lap elə  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə bildirilməyib? Yəqin ki, Aqrar Xidmətlər Agentliyinə vaxtında bu barədə xəbər verilsəydi, özəl və fərdi baytarlıq xidmətlərini həyata keçirən şəxslərlə onları əlaqələndirərdilər, yaxud heyvandarlıqla məşğul olan sahibkarlarla. Və 8 adda preparat zay edilərək zibilxanalaıq olmazdı.

Zibilxanaya göndərilən məhsulların (istər ərzaq, istərsə də qeyri-ərzaq) maddi zərəri  şəxsi ciblərə dəysə də, itirən hər birimizik...

Xatırladaq ki, mövzu ilə bağlı ardıcıl olaraq yazılar hazırlayırıq, müraciətlər edirik, lakin hələ də problemin həlli üçün yol tapılmır.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN