Rusiyada pərakəndə satış şəbəkələrində alkoqollu içkilərin və tez bişən  hazır əriştə qutularının ( tez hazırlanan “lapşa paçkaları") satışı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə REN TV araşdırma şirkətinin məlumatlarına istinadən xəbər verib.

 Analitiklər qeyd edirlər ki,  bu ilin  mart ayında ən böyük pərakəndə satış şəbəkələrində alkaqollu içkilərə tələbatın əhəmiyyətli dərəcədə artması aşkarlanıb. 2021-ci ilin mart ayı ilə müqayisədə  cinin (alkoqollu ingilis içkisi) satışı  60%, pivə 9-15%, araq 10-13% artıb.

 Audit nəticəsində məlum olub ki, alıcılar ehtiyat üçün yığıla bilən məhsullara olan  tələbatı azaldıblar. Məsələn, dənli bitkilər, şəkər, makaron, çay, ət konservlərini və s. Eyni zamanda, tez bişən əriştə satışı martın 28-dən aprelin 3-dək 17% artıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu dünya iqtisadiyyatına zərbə vurub və demək olar ki, bütün dünya ərzaq qıtlığı ilə üz-üzə qalıb.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda, Rusiya da bəzi ərzaq məhsullarının, o cümlədən taxılın, bitki yağlarının ölkədən çıxışına qadağa qoyub. Rusiyada bir müddət qarabaşaq və şəkər alıcılarının sayı çoxalmışdı, o cümlədən də  bir çox ərzaq məhsullarının. İndi isə ərzaq ehtiyatı yığan bəzi rusiyalı alıcılar tez bişən “lapşa”ları almağa daha çox önəm verirlər.

Ola bilsin ki, müharibənin uzandığını görən rusiyalı alıcılar düşünürlər ki, hazır qida məhsulları vəziyyətin kritikləşəcəyi məqamda daha çox işlərinə yaraya bilər...

Amma alkoqollu içkilərin alışının həmişə yüksək olduğu Rusiyada bu içkilərin eyni dövrlə müqayisədə satışındakı yüksəliş,  bəlkə də,  bu ağır dövrdə artıq bir çoxunun  “ayıq başla” düşünmək istəməməsindən qaynaqlanır...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN