Azərbaycan Respublikasının Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılmasının təmin edilməsi tapşırılıb. İdentifikasiyanın həyata keçirilməsində məqsəd hər bir baş heyvanın yerdəyişməsinə, izlənilməsinə, xəstəliklərə nəzarətin təmin edilməsinə və heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” nəzarətinə nail olmaqdır.

Bununla əlaqədar olaraq kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılması və tətbiqi üzrə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə “Tədbirlər Planı” təsdiq edilib. “Tədbirlər Planı”na uyğun olaraq müvafiq proqram təminatı hazırlanıb və təlimlər  keçirilib

Heyvanların identifikasiyası sistemini sınaqdan keçirmək üçün pilot kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu seçilib. Həmin ərazilərdə baytarlıq fəaliyyəti ilə məşğul olan 29 özəl baytar həkimi ilə heyvanların birkalanması və həmin heyvanlar barədə toplanan məlumatları sistemə daxil etmək üçün xidməti  müqavilə bağlanılıb. Onlara təlimlər keçirilib, lazım olan avadanlıq və ləvazimatlarla təmin olunublar.

Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin nümayəndələri və özəl baytar həkimlərin iştirakı ilə Abşeron rayonu Masazır qəsəbəsində fərdi heyvandarlıq təsərrüfatında heyvanların birkalanması və məlumatların sistemə daxil edilməsi prosesi həyata keçirilib. 

Qeyd edək ki, ümumiyyətlə bu günədək Abşeron rayonu üzrə 20 176 baş, Sumqayıt şəhəri üzrə 3 210  baş və Bakı şəhəri üzrə 17 800 baş iribuynuzlu heyvan  birkalanıb, təsərrüfat və heyvanlar  haqqında məlumatlar heyvanların identifikasiyası  və qeydiyyat sisteminə daxil edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN