Milli Məclisin iclasında Nazirlər Kabinetinin Hesabatı dinlənilib

Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

İclasda bildirilib ki, 2021-ci ildə makroiqtisadi tarazlığın qorunması başlıca prioritet olub. Pandemiyanın yeni dalğasına baxmayaraq, çevik tədbirlərin görülməsi, peyvəndlənmə prosesinin artımı və sosial təcrid məhdudiyyətlərinin tədricən yumşaldılması nəticəsində iqtisadi fəallıq bərpa edilib.

Diqqətə çatdırılıb ki, 2021-ci ildə ölkədə Ümumi Daxili Məhsul 5,6%, sənaye istehsalı 5,2% artmışdır. O cümlədən, artım tempi qeyri-neft sektoru üzrə 7,2%, qeyri-neft sənayesi üzrə 18,9%, kənd təsərrüfatı istehsalında 3,4% təşkil edib. 

Həmçinin məlumat verilib ki, ötən dövrdə xarici ticarət dövriyyəsi təxminən 35,6 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 12,1 mlrd. ABŞ dollarını ötmüşdür. Vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 mlrd. manatdan çox olmuşdur ki, bu vəsait də 2022-ci ilin dövlət büdcəsinin sosial yönümlü xərclərinin artımına yönəldilmişdir. Ölkənin strateji valyuta ehtiyatları 53,0 mlrd. ABŞ dollarını ötmüşdür və xarici birbaşa dövlət borcunu 7 dəfədən çox üstələyir. 2021-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 7,4 mlrd. ABŞ dolları olub. Dövlət büdcəsinin gəlirləri 25,4 mlrd. manat proqnoza qarşı 26,4 mlrd. manat təşkil edib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN