Məlum olduğu kimi ötən ay (mart ayında) avrozonanın 19 ölkəsində illik inflyasiya səviyyəsi  5,9 faizdən 7,5 faizədək yüksəlib.

Bu, rəsmi statistikası aparılan müddət üçün rekord rəqəm hesab edilir. Bu barədə “Eurostat”ın hesabatında məlumat verilib.

2021-ci ilin eyni dövrü ilə müqayisədə illik inflyasiya səıviyyəsi 1,3 faiz olub. Həmçinin mart ayında aylıq inflyasiya 2,5 faiz təşkil edib.

İtaliyada  baş verən qiymət artımı və inflyasiya artıq narahatlığa səbəb olub.

Belə ki, Kataniya şəhəri inflyasiya göstəricisi baxımından İtaliyada birinci sırada qərarlaşıb.

İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, ölkədə illik əsasda məhsulların qiymətlərindəki artım 8,6 faizdən 9,8 faizə qədər olub. Mart ayında 8,1 faizlik ən yüksək inflyasiya göstəricisi isə Kataniya şəhərində qeydə alınıb.

MİB-nin hesablamalarına əsasən, inflyasiya ailələrə ildə 2500 avrodan çox ziyan vurur. Mart ayında İtaliyada inflyasiya 6,5 faiz olub, istehlak qiymətləri indeksi aylıq müqayisədə 1 faiz artıb. İnflyasiya tendensiyasının sürətlənməsi əsasən enerji məhsullarının qiymətləri ilə bağlı olduğu bildirilir.

Xatırladaq ki, Rusiya Avropa İttifaqının və ABŞ-ın Ukraynaya hücum etdiyinə görə tətbiq etdkləri 5500-dən artıq sanksiyaya cavab olaraq Avropaya satdığı qazın pulunu rublla ödəməyi tələb edib. Avropa ölkələri isə bu  tələblə razılaşmırlar.

Bu günlərdə İtaliyanın xarici işlər naziri Luici Di Mayo da bildirib ki, ölkəsi Rusiya qazının pulunu rublla ödəməyəcək.

Nazir bildirib ki, Rusiyanın şərtləri ilə razılaşmaq Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Qərbin tətbiq etdiyi sanksiyalara məhəl qoymamaq deməkdir. Hazırda İtaliya istifadə etdiyi qazın ümumi həcminin təxminən 40%-ni Rusiyadan alır. Və İtaliyanın  baş naziri Əlcəzairə səfəri zamanı Əlcəzair qazının tədarükünün artırılmasına dair saziş imzalayıb.

Qeyd edək ki, Avropa qitəsinin illik xam neft idxalı 770 milyon tondur ki, bunun da təxminən 18%-i (140 mln. ton) Rusiyanın payına düşür. Qitənin təbii qaz istehlakı isə 500 mlrd. kubmetr ətrafındadır ki, Rusiyadan asılılıq 35% və ya 160 mlrd. kubmetr ətrafındadır”.

Hazırda Avropa ölkələri Rusiyadan enerji asılılığından yaxa qurtmaq üçün alternativ yollar axtarırlar.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN