Azərbaycana üç ay ərzində 40,5 min ton bitki və heyvan mənşəli piylər və yağlar və 16 min ton düyü idxal edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 63,1 milyon dollar olub.

Həmçinin cari ilin yanvar-mart aylarında 16 min ton düyü idxal edilib.  İdxal edilən düyünün dəyəri isə 13,1 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 62,8 milyon dollar olmaqla 47,9 min ton bitki və heyvan mənşəli piylər və yağlar, həm də eyni dövrdə dəyəri 10,7 milyon dollar olmaqla 15,5 min ton düyü idxal edilib.

TEZADLAR.AZ

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN