Azərbaycanda  əhali 2012-ci ildə bütün növ ət məhsullarından adambaşına 32,4 kq istehlak edibsə,

2020-ci ildə bu rəqəm 40,8 kiloqrama yüksəlib...   

Azərbaycan Statistika Komitəsinin son 10 il ərzində əhalinin adambaşına istehlak etdiyi ət məhsullarına ayrılıqda nəzər saldıqda məlum olur ki,  2012-ci ildə 10,6 kq quş və quş əti məhsulları istehlak edibsə bu, 2020-ci ildə artaraq  14,6 kq , mal əti və ət məhsulları isə 13, 8 kq-dan 16,3 kq-a yüksəlib. Qoyun və keçi əti 7,7 kq-dan 8,9kq-a, balıq və balıq məhsulları 8,2 kq-dan, əksinə azalaraq  7,3 kq təşkil edib.

Xatırladaq ki, bu, 10 il əvvəlki  - 2012-ci il və 2020-ci ilin statistik rəqəmləridir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi qaydaya görə, adambaşı ət norması il ərzində 78 kiloqram təşkil etməlidir. Azərbaycanda həmin rəqəm 2020-ci ildə 40,8 kiloqrama yüksəlib. Bu rəqəmin də əsas payını mal  və quş əti (məhsulları) təşkil edib. Balıq məhsullarının istehlak çəkisi isə əvvəlki illərdən də az olub.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN