Xəbər verildiyi kimi, bu ilin mart ayının 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Future Energy Company” (“Masdar”) şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə günəş elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

Məlumata görə, “Masdar” şirkətinin Qaradağ rayonu ərazisində inşa edəcəyi günəş elektrik stansiyası 550 hektar ərazini əhatə edəcək.

“Masdar” şirkəti ərazidə tikinti işlərinə başlamazdan əvvəl araşdırma apararkən məlum olub ki, həmin ərazi Energetika Nazirliyinin balansında olsa da, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC tərəfindən heç bir hüquqi əsas olmadığı halda fermerlərə icarəyə verilib.

Araşdırmada qeyd olunur ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC Mehdiyev Həsənxan adlı fermer ilə 1297,94 hektar torpaq sahəsi üçün 12 yanvar 2021-ci il tarixində 1 illik müqavilə bağlayıb. İllik icarə haqqı isə 3000 manat olub.

Bundan baqşa, həmin ərazidə olan digər bir torpaq sahəsini Abşeron Rayon İcra Hakimiyyəti heç bir hüquqi əsas olmadan fermerlərə icarəyə verib.

Məlumat üçün onu da qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin hazırda dövlət büdcəsinə də böyük həcmdə - 188 min 303 manat 68 qəpik vergi borcu var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN