Şəkərimiz boldur!

Rusiya –Ukrayna müharibəsinin dünya iqtisadiyyatına zərbə vurması, həmçinin  ölkələrdə bəzi ərzaq məhsullarının qıtlığının yaşanacağı və hətta yaşandığı barədə məlumatlar Azərbaycan istehlakçılarının da narahatlığına səbəb olmuşdu. Bir müddət idi bir çox ölkələrdə, o cümlədə Rusiyada da piştaxtalardakı ərzaq məhsulları silinib-süpürülürdü. Bəziləri özünə ərzaq ehtiyatı toplayırdı...

Daha çox qıtlığı yaşanacağı bildirilən ərzaqlardan biri də şəkər idi.

Həmin ərəfədə “Azərsun Holdinqşirkətlər qrupu bəyan etdi ki, regionun ən böyük şəkər istehsalı müəssisəsi olan İmişli Şəkər Zavodu ("Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC) tam gücü ilə fəaliyyətini davam etdirir.

“Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”,- deyə holdinq vurğulamışdı.

İndi budur, Azərbaycan şəkər ixrac edir.

Gürcüstan mətbuatının Statistika Komitəsinə istinadən yaydığı məlumata görə, Azərbaycandan mart ayında  3 316 ton (2 063 milyon dollarlıq) şəkər idxal edilib.

Odur ki, tam arxayın ola bilərsiniz, Azərbaycanı şəkər qıtlığı gözləmir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN