Avropa Komissiyası Ukraynanın Avropa İttifaqı ölkələrinə bütün ixrac məhsullarına idxal rüsumlarının bir il müddətinə dayandırılmasını təklif edib.

Tezadlar.az bildirir ki, bu barəd Avropa İttifaqının rəsmi saytında yer alıb. Sitat: “Müharibə şəraitində olan ölkəyə misli görünməmiş dəstək jesti olan bu təklif həm də Ukraynanın polad ixracına dair Aİ-nin bütün antidempinq və qoruyucu tədbirlərinin bir il müddətinə dayandırılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, bu addım Ukraynanın Aİ-yə ixracını artırmağa kömək etmək və Rusiyanın hərbi müdaxiləsi qarşısında ukraynalı istehsalçı və ixracatçıların çətinliyini yüngülləşdirmək məqsədi daşıyır. "Aİ əvvəllər heç vaxt belə görünməmiş ticarət liberallaşdırılması tədbirləri görməyib: Ukraynaya sıfır tariflər, Aİ bazarına çıxış üçün sıfır kvotalar... Bu tədbirlər birbaşa Ukrayna istehsalçılarına və ixracatçılarına kömək edəcək".

Avropa Komissiyasının vitse-prezidenti və ticarət üzrə komissarı Valdis Dombrovskis qeyd edilənlərə şərh verib. Məlum olur ki, Komissiya artıq Ukrayna və Aİ arasında yük daşıyan ukraynalı yük maşınlarının sürücüləri üçün də şərtləri liberallaşdırmağa, habelə tranzitin asanlaşdırılmasına və Ukrayna ixracını üçüncü ölkələrə yönəltmək üçün Aİ infrastrukturundan istifadə etməyə başlayıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN