Ukrayna yanacaqdoldurma məntəqələrində benzin və avtoqaz bahalaşıb.
UNİAN xəbər verir ki, bunu “A-95” konsaltinq qrupunun pərakəndə satış bazarının gündəlik monitorinqinin məlumatları təsdiq edir.
Yanacaqdoldurma məntəqələrinin pərakəndə satış şəbəkələri aprelin 29-dan mayın 2-dək olan müddətdə benzin və dizel yanacağının qiymətlərini hökumətin müəyyən etdiyi əmtəə qiymətlərini nəzərə alaraq korrektə edib.
Pərakəndə satışda benzinin qiymətləri 1,95 UAH/l, dizel yanacağının qiyməti isə 2 UAH/l bahalaşıb.
Beləliklə, WOG və OKKO-da A-95 markalı benzin 1,95 UAH/l bahalaşaraq 36,05 UAH/l-ə yüksəlib. Bu şəbəkələrdə dizel yanacağı 2,00 UAH/l bahalaşaraq 40,66 UAH/l-ə qədər yüksəlib.
Qiymətlərə AMIC, Shell, BRSM-Nafta, UPG, KLO, Avtotrans və digər şirkətlər də düzəlişlər edib.
Bundan əlavə, Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkələrində maye qazın orta qiyməti mayın 2-nə 29 qəpik artaraq 30,87 UAH/l təşkil edib.
E.ŞİRİNOV