Xocavənddə aşkarlanan kütləvi məzarlıqdakı qalıqlar hərbçilərimizə məxsusdur.

TEZADLAR.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin şöbə rəisi Nuranə Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan xalqı ermənilərin törətdikləri minlərlə faciə, terror, kütləvi qırğınlarla üzləşib.

 

"Hazırdan Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6 skelet sümüyü, üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqarət kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək" - deyə o əlavə edib.
Trend
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN