"Mixeil Saakaşvilinin hərarəti 38 dərəcə, təzyiqi 170-dir, yemək və dərman qəbul edə bilmir, yataqdadır".
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə “Vahid Milli Hərəkat"ın deputatı Temur Canaşia eks prezidenti “Vivamed” klinikasında ziyarət etdikdən sonra deyib. Onun sözlərinə görə, Saakaşvili ölüm astanasındadır. Sitat: “O insan ünsiyyət qura bilmir, çox az danışdıq, söhbət zamanı yorulur və ölüm astanasındadır, bu normal hal deyil. Onun dərman qəbul edə bilməməsinin səbəbi səhhətinin vəziyyətidir. Hazırda o, amerikalı həkim Kobiyi gözləyir”.
"Vivamed” klinikasının direktoru Zurab Çxaidze isə Saakaşvilinin vəziyyətinin kritik olmadığını bildirib: "Mən vəziyyəti həqiqətən kritik qiymətləndirə bilmərəm və müalicə edən həkim də vəziyyəti kritik qiymətləndirə bilməz”. Jurnalistlərin Saakaşvilinin hərarətinin və qan təzyiqinin yüksək olub-olmadığını soruşduqda, Çxaidze deyib ki, o, bunu təsdiqləyir, buna görə də Saakaşvilinin əlavə müayinələrdən keçməsi barədə göstəriş verilib. Hakimiyyət isə onun buraxılmasında maraqlı görünmür.
A.Məmmədli