Bəli, cinayətkarın vətəni olmur... Amma cinayətkarın tamahı olur, özü də çox iti olur... Bəhs ediləcək bu cinayətin qurbanı isə 44 Günlük Vətən Savaşının şəhidi olan Nicat Xələfovun valideynləri olub. Şəhid ailəsindən 1500 manatı görün necə qoparıblar? Sosial mediada yayımlanan məlumatdan bəlli olur ki, özünü jurnalist kimi təqdim edən Elcan Məmiyev adlı şəxs Nicatın şəhid olduğu dövrlərdən onların ailəsinə ayaq açıb. Ailənin etimadını qazanan Elcan Məmiyev günlərin birində Türkiyədə yaşayan həmyerlimiz Mübariz Mənsimovun “Palmali”yə məxsus tankerlərdən birinə şəhid Nicatın adını verəcəyi xəbərini çatdırıb. Bu işdə Elvin adlı dostunu ailəyə “Palmali Group”un əməkdaşı kimi təqdim edən Elcan Məmiyev ağlagəlməz yolla Mübariz Mənsimovun adından Dilarə Xələfovaya zəng etdirir. Belə ki, iş adamının sosial şəbəkə hesabında bir neçə ay əvvəl şəhid Pəncəli Teymurovun anası ilə olan telefon danışığını montaj edərək, onu Mənsimovun səsi ilə “İstanbula açılışa” dəvət edir. Bu xəbərin sevincini yaşayan ailəyə ikinci bir yalan sırınır. Bu dəfə Dilarə xanımın evinə gələn Elcan 28 saylı orta məktəbə Nicatın adının verildiyini deyir...
XXX 
Yenə də jurnalist! Bədbəxtçilik budur ki, Bəxtiyar Sadıqov kimi adamın jurnalistikamıza gətirdiyi bu bədnam adın altında gizlənən cinayətkarlar harda gəldi əməlini jurnalist adı ilə edib. Çünki artıq deyilib ki, Azərbaycanda reket jurnalistika və jurnalistlər meydan oxuyur! Guya!!! 
Allah bədbəxt adamlara bəd olmayan bəxt versin!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN