"Polisə Dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Masallı Dövlət Regional Kollecində "İnsan Alverinə yol verməyək" layihəsinin icrası ilə bağlı növbəti-5-ci tədbirini keçirib.

Birlikdən "Təzadlar"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov öncədən ərazi bütövlüyünün bərpası uğrunda şəhadətə qovuşan övladlarımızın  ruhunu sükutla anmağı təklif etmiş, insan alverinin-insanın əşya kimi alınıb satılması və istismarı məqsədilə daşınması, saxlanılması və təhvil verilməsi(hətta kirayə və hədiyyə edilməsi) istiqamətində gənclərə müvafiq informasiyalar vermişdir. "Polisə Dəstək" ictimai birliyinin sədri Şəmsəddin Əliyev İnsan alveri cinayətlərinin bəşəriyyət üçün qlobal problemə və təhlükəyə çevrilməsi,dünya ictimaiyyətinin bu sahədə dövlət qurumlarına vətəndaş dəstəyinin təmininə və bu işin gücləndirilməsinə önəm verilməsini vurğulamışdır. İnsan hüquq və azadlıqları üzrə tanınmış ekspert Aydın Kərimov Azərbaycan Respublikası Prezidentinin İnsan Alverinə qarşı səmərəli mübarizənin taktika və strategiyasını ehtiva edən Milli Fəaliyyət Planının mahiyyəti və əhəmiyyəti barədə
tələbə və pedoqoji heyyətə lakonik məlumatlar vermişdir. "Polisə Dəstək" ictimai birliyinin sədr müavini Leyli Quliyeva insan alverinin xüsusilə ağır cinayət olması, Transmilli mütəşəkkil cinayətkarlığın bir növü, qurbanların hüquqi vəziyyəti və  cəmiyyətə inteqrasiyası barədə danışmışdır. Gənc nəslin maarifləndirilməsi ətrafında davam edən tədbir Masallı rayon Gənclər evinin akt zalında başa çatıb. QHT Agentliyinin maliyyə dəstəyi ilə çap olunan kitabçalar iştirakçılara paylanılmışdır.
Sonda birlikdə xatirə şəkili çəkdirilmişdir.

Belə tədbirlərin maarifləndirmə əhəmiyyəti olduqca böyükdür və davamlılığı təmin edilməlidir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN