Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.
Zahid Oruc deyib ki, Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrində beynəlxalq hüquqa tam uyğun, ədalətli müharibə aparıb: “Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Onların son 30 ildə qəhrəman saydıqlarının əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı bu erməni cinayətkarları mühakimə etməlidir", - deyə o əlavə edib.
TEZADLAR.AZ