Sverdlovsk vilayətində ikiqat qətl törədən yerli sakin dəli elan edilib.

Bu barədə lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsinin nümayəndəsi Aleksandr Şulqa məlumat verib.

Cinayət işinin materialları Sverdlovsk Vilayət Məhkəməsinə göndərilib, məhkəmə həmin şəxsə qarşı tibbi xarakterli məcburi tədbirlər təyin edəcək və onu müalicə üçün psixiatriya müəssisəsinə göndərəcək.

İstintaqla müəyyən edilib ki, 1965-ci il təvəllüdlü Baykalovo kənd sakini 2022-ci il martın 17-də axşam saatlarında dostları ilə birlikdə mənzildə sərxoş vəziyyətdə olub. Qonaq şəxsi bəyənmədiyi üçün evin 1958-ci il təvəllüdlü xanımını və onun ərini bıçaqlayaraq öldürüb.

Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib ki, gələn polis əməkdaşları qatili meyitlərin yanında yatarkən aşkar ediblər.

İstintaq zamanı məhkəmə-psixiatriya ekspertizası müəyyən edib ki, təqsirləndirilən şəxs xroniki psixi pozğunluqdan əziyyət çəkir və buna görə də qətli törətərkən törətdiyi əməllərin mahiyyətini və ictimai təhlükəliliyini dərk etməmiş və onlara nəzarət edə bilməmişdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN