Qırğızıstan Respublikası uşaqlara qarşı xüsusilə ağır cinayətlər törətmiş cinayətkarlar üçün edam cəzasını qaytara bilər.
Tezadlar.az manas.news-a istinadla bildirir ki, bu barədə deputatlar “Qırğızıstan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsini ictimai müzakirəyə çıxarıblar. Qırğızıstan Respublikasının Konstitusiyasında ölüm cəzasının müstəsna cəza tədbiri kimi nəzərdə tutulması təklif edilir.
Xatırladaq ki, ölkə mediasında və kriminal statistikada da təsdiq olunur ki, Qırğızıstanda uşaqlara qarşı xüsusilə ağır cinayətlər, o cümlədən həm dövləti, həm də bütövlükdə cəmiyyəti həddindən artıq narahat edən uşaqlara qarşı cinsi zorakılıq hallarının artması müşahidə edilməkdədir. Uşağın cinsi toxunulmazlığına qarşı cinayətlərin artmasına, uşaqların və onların ailələrinin taleyini şikəst etməyə meylli olduğunu nəzərə alaraq, bu qanun layihəsində Qırğızıstan Respublikasının Konstitusiyasında ölüm cəzasının müstəsna cəza kimi nəzərdə tutulması təklif edilir.
Tezadlar.az ölkə Parlamentinin rəsmi saytına istinadla bildirir ki, qanun layihəsinin təşəbbüsçüləri bu deputatlardır: Joqorku Keneşin deputatları A.Tumonbayev, N.Nərmatova, M.Samoykojo, T.İkramov, R.Jakışov, M.Muratəliyev, S.Omurzakov, U.Ormonov, Ç.Sultanbekova, J.Taalaibek qızı, İ. Matraimov, A. Kozuev, J. Abirov, A. Osmonov, K. Sulaimanov, N. Razhabaliev, A. Tashtanbekov, A. Kenzhebaev, O. Bakirov, J. Nurbaev, Ç. Ajibaev, F. Ismailov, M. Sarbagyshev, N. Azyqaliev, B. Tulobaev, Ş. Atazov, M. Sakkaraev, A. Tursunbayev, D. Tolonov, Y. Atazhanov, D. Jumabekov, U. Primov, N. Sydygaliev, M. Temirbayeva, A. Isatbek kyzy, M. Mamataliev, B. Sydykov, Sh. Tashiev, Sh. Majitova, J. Korgonbai uulu, E. Sulaimanov, J. İsaeva, A. Matkerimov, B. Şabazov, E. Dzhusupov, L. Lurova, V. Raimbachaeva, K. Talieva, K. Xanjeza, M. Sydykov, T. Masabirov, A. Boronbayev, M. Abdaliev, A. Erbaev, A. Abdibayeva, E. Toktoshev, T. Sarybaşov, B. Choibekov, D. Aşimova, J. Toktorbaev, G. Kultaeva.
***
Azərbaycanda da uşaqlara qarşı cinayətlər qeydə alınmaqdadır. lakin eksperlər hesab edir ki, bu statistika elə də ciddi narahatlıq törətmir. Dövlətin bu hallara qarşı xüsusi diqqəti var.
A.Məmmədli