İddiaçılar iddia edirlər ki, havanın çirklənməsi ilə daha yaxşı mübarizə aparmaq üçün qanunvericiliyi dəyişdirməyən Belçika hakimiyyəti insanları normadan 4 dəfə çox zərərli hissəciklərin konsentrasiyası olan hava ilə nəfəs almaq təhlükəsi ilə üz-üzə qoyur.
Bu gün doqquz Belçika vətəndaşı "təmiz və sağlam hava ilə nəfəs almaq" hüquqlarını qorumaq üçün Flandriya və Valloniya əyalətlərinin və Brüssel şəhərinin hakimiyyət orqanlarına qarşı qrup iddiası qaldırıb.
Bu barədə iddiaçılara təşkilati dəstək göstərən ClientEarth qeyri-hökumət təşkilatı məlumat yayıb.
"İddiaçılar iddia edirlər ki, hökumətin hərəkətsizliyi onların təmiz və sağlam hava ilə nəfəs almaq üçün əsas hüquqlarını pozur və onların sağlamlığını və uşaqlarının sağlamlığını yersiz risk altına qoyur", - ClientEarth bildirib.
İddialarında onlar havanın keyfiyyətini Ümumdünya Səhiyyə Təşkilatının ən son standartlarına uyğun yaxşılaşdırmaq üçün qanunvericiliyin yenidən nəzərdən keçirilməsini və sərtləşdirilməsini, həmçinin havanın çirklənməsi ilə bağlı sağlamlıq riskləri barədə hökumətdən daha yaxşı məlumat almasını tələb edirlər.
Y.MƏMMƏDLİ