Tehranda həbs olunanlardan 315 nəfərin ittiham aktı açıqlanıb.

Onlardan dördü barədə edam cəzası ilə nəticələnə biləcək "yer üzündə fəsad yaymaq" ittihamı irəli sürülüb.

GünazTV-nin məlumatına görə, Tehranın Ümumi və İnqilab Məhkəməsinin prokuroru Əli Salehi Ali Məhkəmə Şurasının iclasında Tehranda həbs edilənlərdən 315 nəfəri barədə ittiham aktının açıqlandığını deyib.

O, bu şəxslər barəsində "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq", "hökumətə qarşı təbliğat fəaliyyətləri" və "ümumi asayişə xələl gətirmək" ittihamlarının irəli sürüldüyünü söyləyib.

Salehi iğtişaşçı adlandırdığı 4 nəfərin silahdan istifadə etdiyini iddia edib və onlara qarşı "yer üzündə fəsad yaymaq" ittihamının irəli sürüldüyünü bildirib.

Qeyd edək ki, İran qanununa görə, bu ittihamla təqsirləndirilən şəxslər edam cəzasına məhkum edilirlər.

 

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN