Laçın rayonunda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Tezadlar.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev özünün facebook platformasında məlumat yayıb. Qeyd edilir ki, bu gün səhər saatlarında Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Təəssüflər olsun, bəzi hallarda xidmətdə olan gənc hərbçilər, yaxud polis əməkdaşları silahla ciddi davranmırlar və təhlükəsizlik qaydalarına düzgün əməl etmirlər. Nəticədə bədbəxt hadisələr qaçılmaz olur. Laçın kimi starateji yerdə bu sahədə diqqətli olmaq xüsusilə vacibdir.
A.Məmmədli