...8 oktyabr 2022- ci il tarixdə Bilgəh- Nardaran istiqamətində yüksək sürətlə idarə edilən və yüksək vəzifəli şəxsə məxsus "Rand Rover" markalı nəqliyyat vasitəsi qarşıdan gələn "KİA" markalı nəqliyyat vasitəsini vuraraq içərisində olan 2 nəfər gənci- Zülfüqar və Ayxanın ölümünə, gənc Arifin isə 18 gün komada qalmasına səbəb olmuşdur... Avtoqəzada dünyasını dəyişənlərin vəkili Ramil Rüstəmov yaranmış problemlə bağlı belə bir müraciət yayıb: "...Xahiş edirəm, bu məlumatı paylaşın, bəlkə hadisənin şahidləri əlavə məlumat verə ki, bu dəhşətli hadisəni törədən "Rend Rover" markalı nəqliyyat vasitəsini həmin vaxt idarə edən kim idi, maşında neçə nəfər vardı. Bununla da baş vermiş bu cinayət hadisəsinin ədalətli araşdırmasına nail ola bilək!!!  Münki həmin avtomobilin dərhal dövlət nömrə nişanları sökülərək hadisə yerindən aparılmışdır. Verilən məlumata görə, hadisəni törədən şəxs hadisə yerindən yayındırılaraq başqa şəxsi sürücü kimi təqdim edərək hadisəni ört- basdır etməyə çalışırlar. Mən vəkil olaraq zərərçəkənlərin hüquqi varislərinin vəkil və nümayəndəsi kimi Sabunçu RPİ də istintaqı aparan müstəntiqə bir çox vəsatətlər verməklə və əldə etdiyimiz sübutları təqdim etməklə hadisəni törədən şəxsin təqsirli şəxs kimi cəlb edilərək cəza alması üçün çalışırıq. İstintaqın gedişindən narazı qaldığımız üçün Prezidentə, Baş prokurora dəfələrlə teleqram və şikayətlərlə müraciət etmişik!!! Əziz insanlar, hadisəni görən və ya həmin vaxt o ərazidən keçən şəxslərin köməyinə ehtiyacımız var, bizə Allah naminə dəstək olun ki, həmin gənclərin qanı yerdə qalmasın, haqq ədalət bərpa olsun!".
Bəli, nahaq qan yerdə qalmamalıdır. Hadisəni törədən şəxsin əsl kimliyi bilinməli, o, qanun qarşısında layiq olduğu ədalətli cəzasını almalıdır.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN