İstanbulda baş verən partlayışla əlaqədar saxlanılan şəxsin kimliyi məlum olub və o, PKK ilə əlaqəsi olduğunu etiraf edib.
Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, bu barədə İstanbul polis idarəsindən bildirilib. Vurğulanıb ki, Ahlam Albashır Suriya əsillidir. O, PKK-çılar tərəfindən ələ alındığını və partlayıcını ictimaiyyət nümayəndələrinin sıx toplaşdığı əraziyə yerləşdiriləcəyini boynuna götürüb...
Xatırladaq ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Onların da PKK ilə əlaqələrinin olub-olmaması araşdırılır...
A.Məmmədli