Məşhur "Google" texnologiya şirkəti bu dəfə cərimə ödəməli olacaq...

Səbəb ondadır ki, şirkət istifadəçilərin yerini qeyri-qanuni izləyib və nəticədə ABŞ-ın bir sıra ştatlarına 391,5 milyon dollar ödəməyə borcludur. Tezadlar.az CNN-ə istinadla bildirir ki, ABŞ-ın Miçiqan Baş Prokurorluğunun saytında bu haqda məlumat yerləşdirilib. Miçiqan və digər 39 ştat prokurorları bununla bağlı "Google" şirkəti ilə məhkəməyə qədər razılaşma əldə edib. Bu, ABŞ tarixində məhkəməyə qədər ən böyük razılaşma hesab edilir. Ümumi kompensasiyadan Miçiqan ştatı 12 milyon dollar alacaq. Qeyd edək ki, "Google" şirkətinə qarşı araşdırma 2018-ci ildən başlayıb. 

Beləliklə, şirkət 391,5 milqon dollarlıq cərimə ilə üz-üzə qalıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN