İranda daha 29 məmur öz aktivlərindən istifadə edə və Aİ-yə gedə bilməyəcək.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, noyabrın 14-də Avropa İttifaqı Şurası insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaların artırılmasına dair qətnamə qəbul edib və İran qadınlarının hüquqlarının müdafiəsi üçün nümayişlərin vəhşicəsinə dağıdılmasında iştirak edən əlavə 29 İran rəsmisini sanksiya siyahısına əlavə edib. Bu barədə məlumat Avropa Şurasının saytında dərc olunub. Sitat: “Aİ Şurası bu gün 29 nəfəri və 3 qurumu insan haqlarını pozduğuna görə İrana qarşı mövcud sanksiyalar kontekstində məhdudlaşdırıcı tədbirlərə məruz qalan qurumlar siyahısına əlavə edib. Bu, (bu şəxslərin) Maşa Aminin ölümündə rolu və İrandakı son nümayişlərə qarşı zorakılıqları nəzərə alaraq edilir”.

Qeyd edək ki, siyahıya Maşa Əmininin əsassız həbsində iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərləri və İranda dinc nümayişlərin amansızlıqla yatırılmasına rəhbərlik etmiş hərbi rəhbərlər yer alıb.
Bundan əlavə, sanksiyalar etirazçıların “etirafını” yayan İran dövlət televiziyasının rəhbərlərini, eləcə də internetdə İran rejimini tənqid etdiyinə görə insanların özbaşına həbs edilməsində iştirak edən İranın qondarma kiberpolis rəhbərini hədəf alır.

İranda isə etirazlar dalğası davam etməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN