...Hər sahədə dələduzlara rast gəlmişdik, qalmışdı döyüşçü adına iddia edilən dələduzluq...
Uzun sözün qısası, Bakıda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilməli olan orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz yolla əldə edən dələduz polis əməkdaşları tərəfindən saxlanılıb. DİN isə məlumat yayıb ki, "Döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb".
Maraqlıdır, əgər bu orden və medallar, hərbi geyim, fərqlənmə nişanları rəsmi orqan tərəfindən, məsələn, Prezident Administrasiyası, yaxud Müdafiə Nazirliy tərəfindən verilirsə, bu dələduzun əlinə necə keçə bilir? Ya bu medal və ya ordenləri istehsal edən müəssisə saxtakarlığa yol verib, ya da... Başqa adı yoxdur bu əməlin. Belə davam edərsə, döyüşçü adına iddia edən dələduzların sayı getdikcə arta bilər...
Zəruri qeyd: medalları başa düşdük, amma ordenin statusu daha böyükdür, onu qanunsuz yolla əldə etmək mümkünsüzdür. Belə çıxır ki, Bakıda saxta pul kəsənlər kimi, saxta orden və medal düzəldənlər də var...
A.Məmmədli