Xüsusi İstintaq Xidməti tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nalayiq rəftar və zorakılıq faktları aşkar edildikdən sonra 1 nəfər hüquq-mühafizə orqanı əməkdaşı barəsində cinayət işi açılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Gürcüstanın  Xüsusi İstintaq Xidməti məlumat yayıb. Məlumata əsasən, Xüsusi Tapşırıqlar Departamentinin müfəttişi münasibətdə olduğu qadının şəxsi həyatını əks etdirən kadrları yayıb. Belə ki, 2022-ci ilin mart ayında münasibətdə olduğu qadınla əlaqəsinin kəsilməsinə qəzəblənən hüquq-mühafizə orqanı əməkdaşı qisas almaq məqsədilə qadının həyat yoldaşına “Messenger” vasitəsilə onun (qadının) yarıçılpaq, intim şəklini göndərib və həyat yoldaşının ona xəyanət etdiyini yazıb. Zərərçəkmiş qadın Xüsusi İstintaq Xidmətinə müraciət etdikdən az sonra həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Xüsusi Tapşırıqlar Departamentinin müfəttişi Cinayət Məcəlləsinin 157-ci prima maddəsi ilə yaxalanıb. Qeyd edək ki, buna bənzər faktlarla cari ilin oktyabr və noyabr aylarında daha 3 nəfər saxlanılıb.

24 news.az

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN