İsveç separatçı terror təşkilatı PKK/KCK üzvü olan Mahmut Tatı Türkiyəyə ekstradisiya edib.
TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, İsveç separatçı terror təşkilatı PKK/KCK üzvü olan Mahmut Tatı Türkiyəyə ekstradisiya edib.
Əldə edilən məlumata görə, Tat 2015-ci ildə həbs cəzasına məhkum olduğu üçün İsveçə gedərək sığınacaq üçün müraciət edib, lakin rədd cavabı alıb.
Tat bir müddət əvvəl İsveçdə polis tərəfindən saxlanılıb və Mölndaldakı nəzarət mərkəzinə aparılıb. Burada əməliyyatları tamamlanan Tat təyyarə ilə Türkiyəyə göndərilib.
Dünən axşam saatlarında İstanbul Hava Limanında polislər tərəfindən təyyarədən endirilən Tat hava limanındakı polis məntəqəsinə aparılaraq tibbi nəzarətdən keçirilib.
Mahmut Tatın daha sonra ədliyyəyə sövq ediləcəyi gözlənilir