İranda "Allaha düşmənçilik"də təqsirli bilinən etirazçı edam edilib.
Möhsün Şəkəri bu gün səhər asılaraq edam edilib.
BBC-nin xəbərinə görə, həmin şəxs “qiyamda”, Tehranda əsas yolu bağlamaqda və “Bəsic” müqavimət qüvvələrinin üzvünə pala ilə hücum etməkdə ittiham edilib.
Noyabrın 1-də məhkəmə Şəkərini “öldürmək, terror törətmək və cəmiyyətin nizamını və təhlükəsizliyini pozmaq məqsədi ilə” dava etməkdə, silah çəkməkdə və “Allaha qarşı düşmənçilikdə” təqsirli bilib.
İctimai fəal bildirib ki, o, "heç bir qanuni proses olmadan nümayiş etdirilən məhkəmə"dən sonra məhkum edilib.
İndiyədək məhkəmə orqanları etirazlarla bağlı daha 10 nəfərin İnqilab məhkəmələri tərəfindən "Allaha qarşı düşmənçilik" və ya "Yer üzündə korrupsiya" ittihamı ilə ölüm cəzasına məhkum edildiyini açıqlayıb.
Xatırladaq ki, sentyabrın 13-də İranın əxlaq polisi 22 yaşlı Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxarkən hicabı "düzgün" geyinmədiyinə görə saxlayıb. Polis ona deyib ki, bacısını “təkrar təhsil” sahəsindəki dərsə aparacaqlar və buraxacaqlar. Sahədəki yerindən qız xəstəxanaya aparılıb və daha sonra orada dünyasını dəyişib. Aminin ürək xəstəliyi olmadığı üçün qohumları polisi qətldə şübhəli bilirdilər. Ölüm günü, sentyabrın 16-da İranda bu günə qədər davam edən və onlarla şəhəri əhatə edən ilk etirazlar başladı.
JASMİN