Sabiq prezident Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı sabah baş tutacaq məhkəmə iclasında sabiq prezident iştirak etmək istəyir.

Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, bu barədə Saakaşvilinin vəkilllərindən biri İliya Lomia “Vivamed” klinikasında ona baş çəkdikdən sonra jurnalistlərə verdiyi müsahibəsində bildirib. O bildirib ki, məhkəmə iclasına Saakaşvilinin səhhəti ilə bağlı araşdırma aparan həkimlər dəvət olunacaqlar: "Saakaşvilinin sabahkı məhkəmə iclasında iştirak etmək arzusu böyükdür. Ola bilsin ki, penitensiar xidmət yardımçı vasitələrlə (əlil arabaları, xərəylər və hər hansı digər vasitələrlə) onun məhkəmə iclasına gətirilməsini təmin etsin. Sabah məhkəmə iclasında məhkəmə-tibbi ekspertizasının aktını tərtib edən şəxsləri dəvət edəcəyik ki, onlar məhkəməyə izahat versinlər ki, hansı araşdırmalar aparıblar, bu araşdırmalar nəyə əsaslanıb. Həmçinin, onlar öz mövqelərini, hansı nəticələrə gəldiklərini və ümumiyyətlə, bu qənaətin niyə təqdim olunduğunu bildirəcəklər. İclasın gedişində şahidlərin dindirilməsi qaydası məhkəmənin özündə müəyyən edilir. Bu şəxslər həkimlər, mütəxəssislər, həmçinin “Vivamed” tibb personalı, müalicə həkimi və s. Yekun qərar qəbul olunana qədər ən azı 2 məhkəmə iclası keçirilə bilər", - deyə vəkil bildirib. Onun sözlərinə görə, sabahkı prosesdə siyasətçilər şahid qismində dindirilməli idi, lakin çox güman ki, müdafiə tərəfi onların dindirilməsi məsələsini gündəmdən çıxaracaq.

1 dekabr tarixində Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəza çəkməkdən azad olunması üçün məhkəməyə müraciət edib. Lakin siyasi hakimiyyət hələki Saakaşvilinin həbsdən buraxılmasına tələsmir. Halbuki ölkənin baş naziri Qaribaşvili də, prezident Salome də Saakaşvilinin səhhətindən narahat olduqlarını deyiblər... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN