Makron hakimiyyətə gəldikdən sonra dövlət xərcləri iki dəfədən çox artıb...

***

Fransanın milli maliyyə prokurorluğu bu gün prezident Emmanuel Makronun “Dirçəliş” partiyasının qərargahında, eləcə də McKinskey konsaltinq firmasının ofislərində onun mümkün qanunsuz kampaniya maliyyələşdirilməsi ilə bağlı reyd keçirib.

Bu barədə AFR xəbər yayıb.

Axtarışlar McKinsey-in 2017 və 2022-ci illərdəki seçki kampaniyaları zamanı fəaliyyəti ilə bağlı iddia edilən "uyğun olmayan kampaniya hesabları" və "mühasibat uçotu yazılışlarının azaldılması" ilə bağlı, eləcə də şirkətə qarşı mümkün favoritizmlər çərçivəsində aparılır.

Bəzi McKinsey məsləhətçilərinin Makronun 2017-ci il seçki kampaniyası zamanı ödənişsiz könüllü kimi çalışdıqları deyilir. Prokurorlar bunun kampaniya üçün gizli xərclərə səbəb olub-olmamasını və firmanın bundan sonra hökumətlə gəlirli müqavilələri təmin etmək üçün xüsusi giriş və münasibətdən istifadə edib-etmədiyini araşdırır.

Araşdırmalara Fransa Milli Fiskal Prokurorluğu tərəfindən oktyabr ayında - Fransa Senatının konsaltinq xidmətlərinə dövlət xərclərinin 2018-ci ildən 2021-ci ilə qədər, yəni Makronun birinci prezidentlik dövründə iki dəfədən çox artdığı qənaətinə gəlməsindən sonra  start verilib.

Məlum olub ki, təkcə 2021-ci ildə konsaltinq firmalarının xidmətləri üçün ümumi büdcə xərcləri bir milyard avrodan çox olub. Bundan əlavə, Senat McKinsey-in maliyyə siyasətini tənqid edib, hansı ki, bunun sayəsində 2011-ci ildən 2020-ci ilə qədər Fransada korporativ vergi ödəməyib.

Fransa mediası tərəfindən McKinseygate adlandırılan bahalı xarici konsaltinq firmalarının istifadəsi bir çox fransız seçicilərini təəccübləndirdi, hətta Makron bu siyasəti dəfələrlə müdafiə edib.

 “Dirçəliş” və “McKinsey”in nümayəndələri axtarışlarla bağlı faktı təsdiqləyib və istintaqla əməkdaşlıq etdiklərini bildiriblər.

Fransada son onilliklərdə bir neçə məhkumluqla nəticələnən kampaniya və siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı ciddi qaydalar var. Məsələn, Fransanın keçmiş prezident Nikola Sarkozi 2012-ci ildə təkrar seçki kampaniyasını qanunsuz olaraq maliyyələşdirdiyinə görə 2021-ci ilin sentyabrında bir il müddətinə azadlıqdan məhrum edilib.

***

Araşdırmanın hazırkı prezident Emmanuel Makron üçün nə ilə nəticələnəcəyini isə zaman göstərəcək...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN