İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

TEZADLAR.AZ xəbər verir ki, müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Belə ki, “Alfa 99 Corp” MMC, “Alov Mühafizə” MMC-nin 10 saylı filialı, "Ağ Naftalan" MMC, “Archimed” MMC, “Azbiodinamika” MMC, “Azərenerji Təchizat” MMC, "Braenso Line" MMC, “Buta Service Group” MMC, “CFR 22 Corp” MMC, “Echo Moon LT” MMC, “EF Print Reklam Mətbəə Poliqrafiya” MMC, “Gold Planet LT” MMC, “Kaspian Standart” MMC, “Qlobus AZXX Kompany” MMC, “Qlobal 18 Corp” MMC, “LM Holdinq-L” MMC, “Mahdi Nema” MMC, “Marz” MMC, “Montela ABC” MMC, “Orlondo 22 Corp” MMC, “Rəbunə” MMC, “Star - 08 LT” MMC, “Şəhriyar Təmir Tikinti” MMC, "T-Delta Group LT" MMC, “Texnomaks” MMC, “Vətən-N Mühafizə Xidməti MMC”-nin 8 saylı filialı, “Vesta Group” MMC, “Zırfe TIM Corp” MMC tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair ilkin dəlillər aşkarlanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN