Qırığızıstanın Çuy vilayətində 80 yaşlı kişi 12 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinir...

Tezadlar.az manas.news-a istinadla bildirir ki, Tokmokda 80 yaşlı yerli sakin azyaşlı uşağı zorlamaqda şübhəli bilinir, dekabrın 23-də Çuy vilayətinin Mərkəzi Daxili İşlər İdarəsinin mətbuat xidməti bu barədə bildirib. Belə ki, dekabrın 19-da Tokmok polis idarəsinin uşaq işləri üzrə müfəttişi səlahiyyətlilərə 12 yaşlı uşağın 8 aylıq hamilə olduğunu bildirib. Nəticədə polis araşdırmalara başlayıb. Ertəsi gün dekabrın 20-də 35 yaşlı G.R. 1942-ci il təvəllüdlü D.V.-nin qızları -2010-cu il təvəllüdlü G.N. və 2008-ci il təvəllüdlü G.E.-ni zorlamaqda ittiham edib. İstintaq zamanı müəyyən edilib ki, onlar yaz aylarında təqaüdçünün evinin təmizlənməsinə kömək ediblər və...
Bu fakt Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 154-cü (“Zorlama”) maddəsi ilə qeydə alınıb. Cinayət işi çərçivəsində ekspertizalar təyin edilib, istintaqın özü Daxili İşlər Nazirliyinin və Çuy vilayətinin Mərkəzi Daxili İşlər İdarəsinin rəhbərliyinin xüsusi nəzarətindədir.

80 yaşlı ağsaqqalın iki qıza təcavüz etməsi təəssüf və təəccüb doğurur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN