...Tezadlar.az Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadla deyə bilər ki, 90-cı illərdən bəri ürək-damar, şəkər, xərçəng və anadangəlmə digər xəstəliklərin artmaqda davam etməsi diqqəti çəkir...
Dəfələrlə bu barədə yazmışıq ki, əsas səbəblərdən birincisi qeyri-təbii, sintetik qida məhsullarının qəbuludur. Təbii olaraq 1 aya kökəlib 1-1,5 kq çəkiyə malik olan broyler toyuğunu müntəzəm yeyən gənc ananın uşağı anadan şikəst doğulmalıdır, ağlında kəmlik, hərəkətində nizamsızlıq olmalıdır.
Yaxud, sintetik duru yağlarla (qarğıdan, soyadan... nə qədər yağ çıxışı ola bilər ki, dükanlarda, küçələrdə də sudan çox bu yağlar satılır) yemək bişirib körpə uşaqlara yedirdizdirilirsə, bu uşaq sonradan niyə də xəstəlik tapmasın və s.
***
Beləliklə, saxta qida məhsulları sırasında indi saxta nehrə və kərə yağları da var. Belə ki, dükanlarda kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb. Bu barədə "Təzadlar"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bəlli olur ki, Gəncə şəhəri, Sadıllı qəs., məh. E-3, sahə 19m ünvanında fəaliyyət göstərən “Nur” marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitki tərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkarlanıb. Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Nə olsun! Yəqinki pul qazanmaq naminə yüzlərlə alıcının həyatını risqə atmış bu sahibkar cərimələnib. Bundan sonra isə o, həmin cərimənin yerini doldurmaq üçün təkrarən həmin saxtakarlıqlara getməyəcək ki?! AQTA-nın əməkdaşları ən azı belə sahibkarların dükanlarını müntəzəm nəzarətdə saxlamalıdır ki, mənfi halların təkrarlanmayacağına tam təminat olsun.
A.Məmmədli