İddiaçı iş adamı Əfqan Zeynalov rəhbərlik etdiyi şirkətin kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayanı ona məxsus olan 720 min manatı oğurlamaqda ittiham edir.

Zeynalov “Murov TSK” MMC-nin rəhbəridir. Bu şirkət “Dəmiryol” QSC-nin tikinti müqavilələrini yerinə yetirir. Əvvəllər Zeynalov Avtomobil Yolları Agentliyilə işləyən başqa şirkətin sahibi olub. Yol işçiləri ilə əməkdaşlıq nəticəsində Zeynalov əvvəllər Lənkəran Ağır Cinayətlər  Məhkəməsi tərəfindən mühakimə edilib.

Fabriçnaya istintaq təcridxanasında saxlanılır, oraya  keçmiş rəhbərinin istəyilə ev dustaqlığından köçürülüb.

Bazar ertəsi məlum olub ki, Zeynalov əvvəlki vəkil İradə Cəfərova ilə müqaviləni pozub, hazırda onu vəkil İlhamə Həsənova müdafiə edir. O, artıq ifadə vermiş şahidləri yeni suallar üçün yenidən məhkəməyə çağırmaq niyyətindədir. Hakim Faiq Qəniyevin sözlərindən belə çıxır ki, məhkəmə Fabriçnayanın işi üzrə materialların şahid Rauf Zülfüqarovun əlinə keçməsinin səbəbinin araşdırılması barədə vəsatətlə prokurorluğa müraciət edib.

Yeni vəkil şahid Dilarə Kərimovaya o qədər sual verib ki, digər şahidləri dinləməyə vaxt qalmayıb və hakim  suallarla işin mahiyyəti arasında əlaqənin olmadığından Kərimovanın dindirilməsini dayandırmalı olub. Lakin gözlənilmədən Fabriçnayanın keçmiş rəfiqəsi Kərimovanın ifadəsindən iştirakçılara məlum olmayan hallar ortaya çıxıb. Kərimova iki dəfə bildirib ki, Fabriçnaya Zeynalovun ona qarşı həssas münasibətindən danışıb. Hətta müdir ona hər ay bir min yarım (manatla) maaşdan başqa əlavə məbləğ verib, qızıl-zinət əşyaları bağışlayıb. Kərimova Fabriçnaya ilə söhbətini də yada salıb, söhbət zamanı rəfiqəsinə şirkətdə pul  oğurluğu və Zeynalovun qardaşından şübhələnməsi, onun süpürgəçi ilə birlikdə bu pulu oğurlaya biləcəyi barədə danışıb. Kərimovanın sözlərinə görə, şirkətdə pul oğurluğunda Nelli Fabriçnayanı ittiham etmək istəyiblər, üstəlik, vaxt keçdikcə itmiş vəsaitin məbləği 200 min dollardan 300 min dollara, sonra isə 400 min dollara yüksəlib. Kərimovanın dediyinə görə, Nelli ilə söhbətlərdən məlum olub ki, Nelli şirkətin Mehriban adlı təmizlikçisinə kömək edib.

Dilarə Nellidən borc pul alıb, ancaq şirkətdəki problemi biləndə, əsasən də polisin  telefonla kobud suallarından sonra bütün məbləği geri qaytarıb və Fabriçnayadan xahiş edib ki, onunla münasibət saxlamasın. Şahid “Murov” şirkətinin maliyyə probleminə heç bir aidiyyatının olmadığını, oğurlanmış pulu heç bir şəkildə almadığını və bu hadisə ilə maraqlanmadığını xüsusilə vurğulayıb.

Şahid Nelli ilə onun pulla kömək etdiyi Rauf Zülfüqarov arasında şəxsi münasibətlərin olduğunu təsdiqləyib. Amma hansı məbləğdən söhbət getdiyini bilmir, - şahid iddiaçının yeni vəkilinin suallarını cavablandırıb.

Qəzəblənmiş Əfqan Zeynalov sual axınını kəsib. O, hakimi prosesin müttəhimin xeyrinə yönəlməsinə şərait yaratmaqda ittiham edib. Zeynalovun iddiaları hakim tərəfindən istehza ilə qarşılanıb. Hakim Faiq Qəniyev iddiaçının ittihamlarını rədd edib. Bundan öncə Zeynalov məhkəməyə qədərki istintaqa qaytarılması ilə bağlı şifahi vəsatətlə çıxış edib. Proses davam edir...(turan.az).

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN