Hindistan hakimiyyəti Özbəkistanda "Doc-1 Max" şərbətini qəbul edən uşaqların ölümü ilə bağlı yerli əczaçılıq şirkəti Marion Biotech-ə qarşı iş açıb. Bu barədə ölkənin ən böyük informasiya agentliyi PTI mənbələrə istinadən məlumat yayıb.

Təhqiqat Hindistanın Dərman Standartlarına Nəzarət Mərkəzi Təşkilatı tərəfindən başlanıb.

Şirkətin sözçüsü Hassan Harris bildirib ki, hər iki ölkənin hökumətləri məsələni araşdırır və araşdırma aparır. Onun sözlərinə görə, şirkət 10 ildir Özbəkistanda fəaliyyət göstərir və indiyədək heç bir problem olmayıb. O bildirib ki, hazırda "Doc-1 Max" şərbətinin istehsalı dayandırılıb.

Hindistanın əczaçılıq bazarı tənzimləyicisi Özbəkistan tənzimləyicisindən insidentlə bağlı əlavə məlumat istəyib.

Bu barədə Economic Times yazır.

Oktyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qambiyada aşkar edilmiş, zəhərli və potensial öldürücü kimyəvi maddələr olan dörd saxta Hindistan istehsalı olan dərmanla bağlı xəbərdarlıq edib. Qərbi Afrika ölkəsində Hindistanın Maiden Pharmaceuticals şirkətindən dörd öskürək siropu qəbul etdikdən sonra ən azı 66 uşaq ölüb.

Özbəkistanın Səhiyyə Nazirliyi də ölkənin müxtəlif bölgələrindən olan azı 18 uşağın Hindistan istehsalçısının dərman şərbətini içərək dünyasını dəyişdiyini bildirib. Dekabrın 29-da Kaşkədəryadan daha bir yaşlı uşağın ölümü ilə bağlı xəbər yayılıb.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, preparatın partiyasında zəhərli təsir göstərən və xəstənin səhhətində ciddi dəyişikliklərə səbəb ola bilən etilen qlikol aşkar edilib.

Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti “Doc-1 Max” şərbətini qəbul edən uşaqların ölümü və idxalçı "Quramax Medical" şirkətinin və Dərmanların Standartlaşdırılması Elmi Mərkəzinin məsul şəxslərinin saxlanılması faktı ilə bağlı cinayət işinin başlandığını açıqlayıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN