“Severski” dəstəsinin üzvü Aleksey Voronin 6 nəfəri öldürməkdə, həmçinin dəstədə iştirak etməkdə, daha üç nəfəri öldürməyə cəhddə, bir nəfəri öldürməyə hazırlaşmaqda, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

"Moskva vilayət məhkəməsinin hökmünə əsasən, Voronin 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması, 200 min rubl məbləğində cərimə və ciddi rejimli koloniyada çəkilməsi ilə 14 il müddətinə azadlıqdan məhrum edilib", - məlumatda deyilir.

Qeyd olunur ki, Voronin 2006-cı ildə Viktor Lazovski tərəfindən 1997-ci ilin mayında yaradılan "Severski" bandasına qoşulub. Dəstə vətəndaşlara qarşı hücumlar təşkil etməklə yanaşı, qətllərlə də məşğul olub.

Voronin qrupa qoşulub və onun fəal üzvü olub. Onun qurbanları və əlbirlərinin qurbanları arasında iş adamları, Krasnozavodsk qəsəbəsinin rəisliyinə namizəd, kriminal strukturların nümayəndələri də olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN