Eks prezident Mixeil Saakaşvilinin Tbilisi Şəhər məhkəməsində baş tutan növbəti məhkəmə iclası başa çatıb.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, hakim Qiorqi Arevadze növbəti iclasın 17 və 20 yanvar saat 11:00-da keçirilməsi barədə qərar verib. Qeyd edək ki, bundan öncəki iclaslarda amerikalı nevroloq Şahin Emanuel, dünən isə xarici ekspertlər Nobel mükafatı laureatı həkim Ceyms Kobb və doktor Stiuart Pinkel Saakaşvilinin səhhəti ilə bağlı hakimin suallarını cavablandırıblar. Məhkəmə iclasında xarici ekspertlər Mixeil Saakaşvilinin səhhətində ciddi problemlər olduğunu təsdiq ediblər. Stuart Pinkel deyib ki, Saakaşvilinin həzm sisteminin vəziyyəti ölümlə nəticələnə bilər. O, həmçinin qeyd edib ki, Mixeil Saakaşvilinin klinikada qəbul etdiyi dərmanlar ABŞ Dərman Agentliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmir. Saakaşvilinin vəkili Şalva Xaçapuridze isə öz növbəsində bildirib ki, ekspertlərin açıqladığı məsələlər Saakaşvilinin cəzasının təxirə salınmasına əsas verir.
Məhkəmənin qərarının nə olacağı hələki bilinmir.
A.Məmmədli