Litvanın Dövlət Təhlükəsizlik Departamentinin rəhbəri Darius Yaunişkis hesab edir ki, Rusiya və Belarus vətəndaşları Litvanın milli təhlükəsizliyinə mümkün təhdid baxımından bərabər qiymətləndirilməlidir.

Bu barədə Yaunişkis “Delfi”yə müsahibəsində bildirib.

"Biz başa düşürük ki, belaruslar arasında müxalifət nümayəndələri, daha yaxşı Belarus uğrunda mübarizə aparanlar var, lakin bizdə çoxlu faktlar var ki, bəzən Belarus DTX-sı tərəfindən işə cəlb edilən adamlar gəlir. Bir deyil, iki deyil, üç deyil", - dövlət rəsmisi deyib.

"Biz başa düşməliyik ki, insanların bəzən seçim imkanı olmur. Gələnlərin əksəriyyətinin müxalifət nümayəndələri olduqlarına inanmaq olardı, amma onların bəzilərinin Belarus və ya Rusiya DTX-sında işləmədiyinə zəmanət yoxdur. Rusiya vətəndaşları ilə də belədir”, - Litva Dövlət Təhlükəsizlik Departamentinin rəhbəri əlavə edib.

Eyni zamanda, Yaunişkis əmin edib ki, Litva xüsusi xidmət orqanları gələnləri yoxlayır. "Belarus DTX-nın agentlərinin, işə götürülən şəxslərin ölkəyə daxil olması faktları qeydə alınıb", - o deyib.

 Qurum rəsmisi həmvətənlərini Belarusa səfərlərdən çəkinməyə çağırıb, onun sözlərinə görə, Belarus xüsusi xidmət orqanları tərəfindən onları işə cəlb etmək cəhdləri ilə bağlı məlum faktlar var.

"Belarus DTX-sı da Rusiyanın özü kimi çox intensiv işləyir. Yəni, sərhədi keçib ucuz yanacaq, siqaret və ya avtomatik olaraq bu ölkələrə gedən insanlar risk altındadır. Bizdə adamların işə götürülməsi faktları var. Onlardan, məsələn, Litvanın siyasi vəziyyəti, işləri, təhsili, kim olduqları barədə soruşurlar, məlumat toplayırlar, məlumat almaq üçün onları qorxudurlar”, - deyə o, bildirib.

Xatırladaq ki, turistik Şengen vizası ilə rusların ölkəyə girişinə qadağa qoyulduqdan sonra Litva hökuməti Belarus vətəndaşları üçün belə bir qərarın nəzərdən keçirildiyini açıqlamışdı.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN