Gürcüstanda ötən gecə, saat 1:00 radələrində - Saqarecoda 4 nəfəri qətlə yetirən silahlı şəxsi saxlamaq məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusi əməliyyat keçiriblər.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, xüsusi əməliyyat zamanı silahlı insident davam edib. Məlumata əsasən, polis əməkdaşlarını görən 1974-cü il təvəllüdlü silahlı şəxs, yaşayış binasının mənzillərindən birinin eyvanından avtomat silahla bir neçə dəfə atəş açıb. Bu zaman ərazidə olan bir polis əməkdaşı da həlak olub, 6 nəfər isə yaralanıb. Bundan sonra hadisə yerinə əlavə polis qrupları səfərbər edilib və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları hadisə yerinə cəlb olunub. Bir saat davam edən silahlı insidentdən sonra polis əməkdaşları evə daxil olmağı bacarıblar. Nazirlikdən bildirilib ki, xüsusi təyyinatlılar evə daxil olan zaman silahlı şəxs özünü güllələyib. Məlumatlara əsasən, hadisəni törədən şəxs Vaziani bölməsində xidmət edən və beynəlxalq missiyalarda iştirak edən keçmiş hərbi qulluqçu Nodar Atuaşvilidir.

Qeyd edək ki, gecə saatlarında Daxili İşlər Naziri Vaxtanq Qomelauri də hadisə yerinə gəlib. Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin “L” bəndi və 236-cı maddənin 3-cü hissəsi, yəni ağırlaşdırıcı hallarda iki və daha çox şəxsi qəsdən öldürmə, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə maddələri ilə istintaq başladılıb.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN