"Mixeil Saakaşvili bilərəkdən özünə zərər vermə rejimindədir. Bunun məqsədi öz piar kampaniyası və əcnəbiləri cəlb etməklə onu hansısa yolla həbsdən azad etməkdir".
Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, bu sözləri “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze həbsdə olan Saakaşvilinin səhəti ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Saakaşvilinin xaricə köçürülməsi mümkün deyil: "2012-ci ildən əvvəl baş verənləri vurğulamıram, ictimaiyyət hər şeyi bilir. Bizdə belə bir fakt var ki, Saakaşvili bütün bu müddət ərzində qəsdən özünə zərər verib. Bunun məqsədi odur ki, əcnəbiləri cəlb etməklə hansısa yolla həbsdən azad olunsun. Bu mümkün deyil. İnsanın konkret cinayəti var, konkret işlərə görə cəza alıb. Məhkuma yalan danışma, əksinə, onun özünə zərər vermə rejimindən çıxmasına, normal qidalanmasına kömək etmək lazımdır”.
Amma faktdır ki, Saakaşvilinin səhhəti kritikdir...
A.MƏMMƏDLİ