Bu gün Tbilisi Şəhər Məhkəməsində sabiq prezident Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya hökmdən azad edilməsi ilə bağlı növbəti məhkəmə prosesi başlayıb.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, eks prezident sağlamlıq vəziyyəti ilə bağlı iclasda fiziki və ya onlayn qaydada iştirak etmir. Məlumata əsasən, bugünkü məhkəmə prosesində “Vivamed”in direktoru Nino Nadiradze dindiriləcək. İclasda Saakaşvilinin ailə üzvləri, yaxınları və tərəfdarları iştirak edirlər. Prosesdə “Vahid Milli Hərəkat”ın yeni sədri Levan Xabeişvili də iştirak edir.
Gürcüstan hakimiyyətinin Saakaşvili ilə bağlı mövqeyində yumşalma hiss olunmaqdadır.
A.Məmmədli