Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a bildirilib ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir. "Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur"-rəsmi açıqlamada belə deyilir.

İstintaqçılar hələki sui-qəsdin nə səbəbdən baş verdiyinə aydınlıq gətirməyib. Deputat Fazil Mustafa evindı həkim nəzarətindədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN