Moskvanın Zamoskvoretski Məhkəməsi Rusiya İstintaq Komitəsinin keçmiş müstəntiqi Levon Ağacanyanı Moskva şəhərinin biznes mərkəzində baş vermiş atışma ilə bağlı sübutları saxtalaşdırmaqda və günahsız şəxsi cinayət məsuliyyətinə cəlb etməkdə təqsirli bilib, 11 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə TASS müxbiri xəbər verir.
“Aqacanyan 11 il müddətinə azadlıqdan məhrum edilməklə, ümumi rejimli koloniyada çəkilməsi barədə hökm çıxarıb”, - hakim hökmü elan edib.
Məhkəmə cavabdehdən 7 milyon rubl alınaraq mülki iddianı qismən təmin edib.
Məhkəmənin hökmü ilə Ağacanyan ədliyyə mayoru rütbəsindən məhrum edilib. Azadlığa çıxdıqdan sonra ona üç il müddətində təşkilati və ya inzibati funksiyalarla bağlı vəzifə tutması qadağan edilir.
Hökm hələ qanuni qüvvəyə minməyib. Müdafiə tərəfi ondan apellyasiya məhkəməsinə şikayət etmək niyyətində olduğunu bildirib.
İttihamların mahiyyəti
Ağacanyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 299-cu (təqsirsiz şəxsi bilərəkdən cinayət məsuliyyətinə cəlb etmə), 303-cü (sübutları saxtalaşdırma) və 285-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, Ağacanyan 2019-cu ilin fevralında Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi vəzifəsindən istefa verib, bundan sonra vəkil kimi fəaliyyətə başlayıb. Onun qanunsuz hərəkətləri faktı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının müstəntiqləri tərəfindən Moskva şəhərinin mərkəzində yerləşən Oko qülləsində baş vermiş atışma ilə bağlı idarənin paytaxt şöbəsindən götürülən cinayət işinin istintaqı zamanı aşkar edilib. Hadisə 2017-ci ildə baş verib. Bu iş üzrə ibtidai istintaqı Ağacanyan aparıb. İstintaq Komitəsi hesab edir ki, o, istintaq zamanı təqsirləndirilən şəxslərin cinayətdə rolunu aşağı salmaq üçün müəyyən istintaq protokollarını və cinayət işi üzrə maddi sübutları saxtalaşdırıb. Bundan əlavə, o, üç vətəndaşı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edib, hazırda onlara qarşı cinayət təqibi dayandırılıb.
Oko qülləsində atışma 2017-ci il noyabrın 17-də axşam baş verib. Burada iş adamı Qavriil Yuşvayevin mühafizəçiləri və asayişi qoruyan özəl mühafizə şirkətinin əməkdaşları iştirak ediblər. Toqquşmalar nəticəsində münaqişə tərəflərini ayırmağa çalışan Rusiya Qvardiyasının Oxrana Federal Dövlət Unitar Müəssisəsinin iki əməkdaşı da daxil olmaqla 7 nəfər yaralanıb. Həmin hadisələrin yalnız iki iştirakçısı - Eldar Həmidov və Maqomed İsmayılov məhkəmə qarşısına çıxıb. Onlar müvafiq olaraq 16 və 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Moskva Şəhər Məhkəməsi bu qərarı qanuni hesab edib.
E.ŞİRİNOV