Yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 1994-cü il təvəllüdlü Elnur Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Masallı Rayon Prokurorluğundan Tezadlar.az-a bildiriblər ki, ilkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Nurlan Nuriyevin yanvarın 21-də aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Nurlan Nuriyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN