booked.netbooked.net booked.net  

Adətən goreşənin dördayaqlı olduğunu eşidib- bilirdik...

Dünən məlum olub ki, sən demə, ikiayaqlı goreşən də varmış. Tezadlar.az DİN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X. Tağıyev törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Beləliklə, artıq detektiv əsərlərdə goreşənin, həm də ikiayaqlı olduğu yazılanda, təəccüblənməyin. 

XƏYYAM

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN