Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

TEZADLAR.AZ xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib. 

Müttəhim təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında baş verib. İttihama görə, 39 yaşlı Anar Həşimov 38 yaşlı həyat yoldaşı Yaqut Həşimovanı birgə yaşadıqları mənzildə bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. Yaqut həm də Anarın xalası qızıdır. Onların birgə nikahdan bir övladı var.

axşam.az

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN